Səbail rayonunda faciəli hadisə baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Lermontov küçəsində, Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən oğlanın başına düşüb.
Zərbədən oğlanın başı partlayıb və qanı yerə dağılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları yaralını dərhal xəstəxanaya aparıblar.
Ürəyi zəif olanlardan şəkillərə baxmamaq xahiş olunur.


