Rusiyanın Samara vilayətinin qəsəbələrindən birində yaşayan azərbaycanlı sahədən yorğana bürünmüş körpə uşaq tapıb, yerli DİN Baş İdarəsi məlumat verir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yeni doğulmuş körpə qızın tapılması barədə bazar günü, saat 17:30-dan sonra məlum olub.
Uşağı 1959-cu il təvəllüdlü yerli sakin Yablonevı ovraq qəsəbəsinin 300 metrliyində aşkarlayıb. Qızı xəstəxanaya çatdırıblar.
“Bir neçə saat ərzində polis əməkdaşları qızın anasının kimliyini müəyyənləşdiriblər. 1988-ci il təvəllüdlü qadın əvvəlcə uşağı doğaraq sahədə qoyduğunu tam inkar edirdi. Şübhəli şəxsin atası elə körpəni sahədən tapmış kişidir. Onun sözlərinə görə, qızının hamilə olduğunu bilmirmiş. Lakin aparılmış araşdırma nəticəsində tibb mütəxəssisi 25 yaşlı qadının bir sutkadan da az bir vaxt əvvəl uşaq dünyaya gətirdiyini müəyyənləşdirib” – deyə, məlumatda bildirilir.
İndi uşaq Smışlyaevka qəsəbəsində reabilitasiya mərkəzinə verilib. İdarənin məlumatına görə, uşağın vəziyyəti qənaətbəxşdir.
Polislər müəyyənləşdiriblər ki, ailə beş il əvvəl qazanc dalınca Azərbaycandan Samaraya köçüb. Valideynlərin iki övladı var: 1990-cı il təvəllüdlü oğlan və 1988-ci il təvəllüdlü qız. Qadının yeni doğulmuş qızından başqa, birinci nikahından da övladı var. Azərbaycanlılar normal ailə kimi tanınıb və polisin qeydiyyatında olamyıblar. Hazırda yeni doğulmuş körpənin anası heç yerə getməmək barədə iltimaz verərək, tibbi məntəqəsində qalır. Körpəni təhlükəli vəziyyətdə qoymaq faktı ilə bağlı cinayət işi qaldırılıb.
www.oxu.az