Axşam saatlarında Bakının Nəsimi rayonunda yerləşən yataqxanada yanğın baş verib.
Yanğın nəticəsində, beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə yanıb.
Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu