Ötən gün sosial şəbəkədə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülərin paytaxtın Yasamal rayonunda qeydə alındığı məlum olub.
Oxu.Az xəbər verir ki, azyaşlının anası məsələ ilə bağlı ərazi üzrə Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, azyaşlının valideyninin şikayəti əsasında hazırda araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”.
Qeyd edək ki, dayənin üçyaşlı uşağa şprislə işgəncə verməsini əks etdirən görüntülər evdə quraşdırılan müşahidə kamerasına düşüb.
Bu gönderiyi Instagram'da görKönül Cəfərli
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - Video
- Vilayət Eyvazov Kollegiya iclası keçirdi: Tapşırıqlar verdi - Foto
- Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
- Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
- Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə
Digər xəbərlər