Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edənlərlə bağlı məhkəmə qərar verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, toy karvanında iştirak edərək avtoxuliqanlıq edənlərdən 16 nəfər barəsində 20-30 sutka arası inzibati həbs cəzaları verilib.
Bir nəfər isə səhhəti nəzərə alınaraq həbs edilməyib, o, pul cəriməsi ilə cəzalandırılıb.
17:11
Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edən, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini pozaraq toy məclisi təşkil edən şəxslərlə bağlı yeni məlumatlar var.
Oxu.Az-ın Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, toy karvanında iştirak etmiş 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, protokollar tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Belə ki, onlardan 14 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə, 3 nəfər barəsində isə 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib olunub.
Toy təşkilatçıları olan Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılaraq barələrində cinayət işi başlanılıb.
Qeyd edək ki, oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.
View this post on Instagram"İctimai asayişin pozulması (Xuliqanlıq)" teqi üzrə xəbərlər
- Türkiyədəki hotellərdə tək gələn kişi turistlərə kütləvi qadağa tətbiq olunur
- 16 yaşlı qıza sataşan şəxs həbs olundu
- Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU
- Başını çəkiclə yardığı keçmiş arvadını bir müddət sonra bıçaqladı
- Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Digər xəbərlər