Ermənistanda baş tutan sorğunun oxşarı bu dəfə Azərbaycanın paytaxtı Bakıda keçirilib.
Oxu.Az Baku.Ws-ə istinadən xəbər verir ki, şəhər sakinlərinə “işğal edilmiş torpaqlarımızı azad etmək üçün Ermənistana raket zərbəsi endirilməsinin tərəfdarısınız, yoxsa cəbhədə döyüşməyi seçərdiniz?” sualı ünvanlanıb. Cavabında isə hər kəs əldə silah cəbhədə döyüşməyə üstünlük verdiyini bildirib.
Məlumat üçün bildirək ki, buna oxşar sorğu bir müddət əvvəl Ermənistanda keçirilib. Ermənilər öz xislətlərinə sadiq qalaraq Azərbaycana raket zərbəsi endirilməsinin tərəfdarı olublar.
İ.N