Tofiq Bəhrəmov adına Respublika stadionunun arxasındakı meşə zolağı məhv edilir.
Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə ərazidə yaşayan sakinlər məlumat verib.
Sakinlər adından danışan Vaqif Əliyevin sözlərinə görə, 3-4 gündür ərazi hasara alınaraq ticarət mərkəzi tikimək üçün ağacları qırırlar.
“Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilsə də, heç bir tədbir görülməyib”, - deyən Vaqif Əliyevin sözlərinə görə, bu səhər ərazidə işləyən fəhlələrlə sakinlər arasında münaqişə baş verib.
Nəticədə sakinlər fəhlələri ərazidən qovublar.