Dünən Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Vesti.Az-a Sabunçu Rayon Prokurorluğundan xəbər veriblər.
Tara istehsalı üzrə şüşə sexində Bakı sakini, 1988-ci il təvəllüdlü Fərid Zülfüqar oğlu Quliyev özünü asıb. Gəncin meyidini səhər işə gələn həmkarları aşkarlayıb və gördüklərindən şoka düşüblər.
Quliyev intihar üçün qeyri-adi üsul seçib. O, özünü qaldırıcı krandan asıb. Gənc oğlan ilgəyi boynundan keçirdikdən sonra kranın pultunu əlinə alıb və özünü yuxarı qaldırıb. O elə beləcə, pult əlində ölüb.
Qeyd edək ki, intihar Sabunçu rayon 12-ci polis bölməsinin ərazisində baş verib. İntiharın səbəbləri hələ məlum deyil. Həmkarları Quliyevi ziyalı və təhsilli insan kimi tanıyırlar. Quliyev özünə qapalı şəxs olub və həyatı barədə heç kimə danışmayıb. Quliyevin valideynləri də intiharın səbəbləri haqqında bir söz deyə bilmirlər.
Faktla əlaqədar AR CM-in 125-ci maddəsi (intihar həddinə çatdırma) üzrə cinayət işi qaldırlıb.
www.vesti.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin