Bakı metrosunda növbəti dəfə maraqlı anlar yaşanıb.
Oxu.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu dəfə sərnişin metroya itlə daxil olub. Hadisə şahidlərinin dediyinə görə, metroda polis sərnişinə yaxınlaşaraq itin insanları dişləyib-dişləmədiyi ilə maraqlanıb, sərnişin isə cavabında “yox” cavabını verib. Bundan sonra sərnişin itlə metroya buraxılıb.
İçərişəhər metrosunda metroya daxil olan sərnişin Xalqlar Dostluğu metrostansiyasına qədər gedib. Bu hadisə metropoliten sərnişinlərinin narazılığına səbəb olsa da, heç kim itin yiyəsinə etiraz etməyib.
Qeyd edək ki, Bakı metropolitenindən istifadə qaydalarında göstərilir ki, metroya hər hansı heyvanla, o cümlədən itlə girmək qadağandır. Ancaq görünən odur ki, metro əməkdaşları və polis işçiləri bu qərardan xəbərsizdilər.