Bakıda qəribə hadisənin fotosu çəkilərək sosial şəbəkələrdə paylaşılıb.
Oxu.Az xəbər verir ki, anaları 3 həftə əvvəl zəhərlənib ölmüş pişik balalarına it süd verirmiş. Bu haqda Facebook istifadəçisi Osman Əlimirzəliyev yazıb:
“Möcüzələr baş verir. Deməli mənim bir pişiyim var idi. 3 həftə əvvəl zəhərlənib öldü, süd içən balaları qaldı. Özümüz evdə saxladıq, onlara iynə ilə süd verirdik, beləcə böyüyürdülər. Bu gün isə səhər oyanıb görürəm ki, sən demə bizim həyətdəki itimiz gizlicə pişiyin balalarına süd verirmiş. Fotonu bu gün səhər həyətimizdə çəkdim. Çox maraqlı bir səhnə idi. Bəzən heyvanlar bəzi insanlardan belə qat-qat faydalı olur!”.

Aytən Sadıqzadə
www.oxu.az