Yazıçı, reper Qaraqan kulis.az saytına müsahibə verib. Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir:
- Toylarla aranız necədir?
- Çox az gedirəm. Mənə bir qadınla kişinin münasibət qurmağında 300-400 nəfərin oynamağı çox gülünc gəlir. Məsələn, hansısa bir oğlanla dost olanda demirəm ki, ana, ata, gedək şadlıq evinə mən filankəslə dost oldum, camaatı çağırın. Qadın-kişi münasibəti də dost olmaq kimi bir şeydir.
- Siz özünüz standart toy etməyəcəksiz?
- Mən inanmıram ki, hansısa bir qadınla ailə həyatı quranda belə toy edim. Mənim toyumda xalamın baldızı qızının nəvəsinin xalası qızı oynamasa belə biz xoşbəxt olacağıq.
- Sizcə toy necə olmalıdır?
- Yəni iki gənc evlənirsə, hər ikisinin dostları yığışıb qeyd etməlidir. Amma Azərbaycan toyları iki gəncin gecə bir yerdə olmasını qeyd etmək üçündür. Toy 20 il bu günü gözləyən qadın və kişi üçün böyük hadisədir. Bu adət ancaq bizdə olur. Avropada bir insan sevgilisi ilə bir yerdə yaşayır. Əgər onlarda bu münasibət alınırsa, onda ailə qururlar.
Bizdə sevgililər gecə-gündüz seks haqqında düşünürlər, amma bunun haqda nə danışırlar, nə də edirlər. Seks də bioloji tələbat olduğu üçün bu kimi hallar problem yaradır. Bu bilirsiz nəyə oxşayır? Toyda oğlan gəlir qıza deyir ki, mən səninlə tans oynamaq istəyirəm. Qız da deyir mən də oynamaq istəyirəm. Amma sonda bir şey etmirlər, dayanıb bir-birilərinə baxırlar. Məncə, bu cür axmaqlıqlara baxmaq lazımdır. Çünki hər kəsin axmaqlıq etmək hüququ var.