3-4 noyabr 2016-ci il tarixində Bakıda “Dünya İtalyan Dili Həftəsi” çərçivəsində “İtalyan Festivalı” adlı tədbir keçirilir.
İtaliya səfirliyindən Oxu.Az-a verilən məlumata görə, səfirliyin dəstəyi ilə təşkil olunan festivalın 1-ci günü yerli və italyan media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı, ardınca italyan geyim, ayaqqabı və zərgərlik brendlərinin moda nümayişi, italyan şərablarının dequstasiyası və musiqi konserti nəzərdə tutulub.
Tədbirin 2-ci günündə Azərbaycan şirkətlərinin stendlərində italyan markalarının nümayişi olacaq. Qeyd edək ki, nümayişə giriş sərbəstdir.
Festival “Landmark” Biznes Mərkəzində baş tutacaq.
N.О.