Bakıda keçmiş polis əməkdaşı eyvandan sürüşərək yıxılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Tural Qasımov sərxoş vəziyyətdə eyvana çıxıb. Eyvanın döşəməsini buz bağladığından o sürüşüb və binanın ikinci mərtəbəsindən yerə yıxılıb. T.Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, T.Qasımov əvvəllər Sabunçu Rayon Polis İdarəsində polis serjantı vəzifəsində çalışıb.
A.M.