Bakıda küçəni zibilləyən sürücü kameraya düşüb.
Oxu.Az-ın Avtosfer.az-a istinadən verdiyi məlumatına görə, «Lada» markalı, 90 ZB 514 dövlət nömrə nişanlı avtomobilin sürücüsü hərəkətdə olan zaman içdiyi suyun qabını yola atıb.
O, bu hərəkəti o qədər saymazyana və ədəbsizliklə edib ki, videonu izləyən hər kəsdə ikrah hissi doğurmaya bilməz.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, avtomobildən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat cərimə nəzərdə tutulur.
Oxu.Az küçəni zibilləyən sürücünün videosunu təqdim edir:
E.Ə.
www.oxu.az