Bakıda lift şaxtaya düşüb, xəsarət alanlar var.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, İ.P.Dadaşov küçəsi, 260 ünvanında yerləşən 7 mərtəbəli binanın liftinin “tros”unun qırılması nəticəsində liftdə olan 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az