"Bakının Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı motosiklet sürücüsü yüngül xəsarət alıb."
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.
"İlqar Abil oğlu Müslümlü idarə etdiyi "Chevrolet" markalı, 77-YG-318 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Mahir Vasif oğlu Nağıyevin idarə etdiyi TVS markalı, 99-K-795 dövlət nömrə nişanlı motosikleti vurub. Nəticədə motosikletin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, hadisə iyunun 21-də saat 02:05-də Şıxəli Qurbanov küçəsində qeydə alınıb.
Belə ki, 77-YG-318 dövlət nömrə nişanlı "Chevrolet Cobalt" avtomobilinin sürücüsü 99-K-795 dövlət nömrə nişanlı motosikleti idarə edən şəxsi vurub.
Qəza ilə bağlı müvafiq qurumlara sorğu verilib.
Hadisənin görüntülərini təqdim edirik: