Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı keçirilir - FOTO
Bakıda keçirilən “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı davam edir.
Oxu.Az xəbər verir ki, festival miqyasına və əhatəsinə görə, Azərbaycanda özünüinkişaf və sağlamlıq sahəsi üzrə keçirilən ilk möhtəşəm tədbir kimi qiymətləndirilib.
“Nine Senses Fest”in ikinci günündə yoqa ustadı, musiqiçi, bəstəkar və multiinstrumentalist İmran Kriya, şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifi Anna Vladimirova və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri Nandan Qautam jurnalistlərin suallarını cavablandırıblar.
Onlar festival iştirakçılarına keçdikləri ustad dərsləri, art terapiya, terapevtik qrup məşqləri, qrup sağlamlıq və həyat kouçluğu təlimləri haqqında media nümayəndələrinə məlumat verib, Azərbaycanda bu təlimlərə marağın artmasından məmnun olduqlarını dilə gətiriblər.
Tədbir çərçivəsində təlimlər və terapiyalarla yanaşı, əl işlərindən ibarət tematik yarmarka da təşkil olunub.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub.
ANSA təhsil platforması ilə birgə keçirilən festival oktyabrın 8-dək davam edəcək.
Aysel Aslan
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"
Rəylər