Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda oğlan qızı parkda yumruqladı – VİDEO
Bakıda “Nərimanov parkı” kimi tanınan parkda xoşagəlməz hadisə baş verib.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Dəyanət Babayev məlumat yayıb.
O qeyd edib ki, insidentə oğlanın öz yolu ilə gedən qıza söz atmağı səbəb olub:
“Qız onun cavabını verəndə oğlan geri qayıdıb qıza təpik və yumruqlar vurub. Oğlanın dostları onları ayırıb. Mən səkkiz saniyəlik videoda yalnız qıza dəyən yumruğu çəkə bildim”.
S.B.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar