Bu gün saat 09:35-də "BakuBus" MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus qəza törədib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Baku Bus" MMC-dən bildirilib.
Açıqlamada qeyd olunub ki, avtobus Tbilisi prospekti istiqamətində, "Nizami" metro stansiyası istiqamətində hərəkətdə olarkən qarşısına digər nəqliyyat vasitəsi qəfil çıxıb:
"Sürücü mümkün qəzanın qarşısını almaq məqsədilə kəskin əyləcdən istifadə edib. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Sərnişinlər digər 2 nömrəli marşrut avtobusuna yönləndirilib və xətt üzrə hərəkət qısa müddət ərzində bərpa olunub.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib".
Məhərrəm Əliyev
Bakıda sərnişin avtobusu qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonundakı "İzmir dairəsi" adlanan ərazidə qeydə alınıb.
Belə ki, 2 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq səkiyə çırpılıb.
Hadisə nəticəsində avtobusdakı sərnişinlər nəqliyyat vasitəsindən düşürülüblər. Qəzanın başvermə səbəbi araşdırılır.