Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb
Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Xətai rayonu "Venesiya" şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.
Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıblar.
"Kütləvi zəhərlənmə" teqi üzrə xəbərlər
- "Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"
- Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: "Səbəb bizə də maraqlıdır"
- Türkiyədə növbəti kütləvi zəhərlənmə: Toyuqlu plov yeyən çox sayda insan xəstəxanaya yerləşdirildi
- Tovuzda məktəbdə zəhərlənmə: Hadisənin TƏFƏRRÜATI
- Dönərdən kütləvi ZƏHƏRLƏNMƏ: Üçü azyaşlıdır
Ən çox oxunanlar