Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Sabunçu rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayonun Maştağa qəsəbəsində yaşayan 5 yaşlı Elton Hüseynovun başına televizor düşüb. Azyaşlı dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
E.Ə.
www.oxu.az