Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə “Sədərək” ticarət mərkəzinə gedən yolda baş verib.
“Lexus” və “NAZ-Lifan” markalı avtomobil toqquşub. Zərbənin gücündən hər iki maşın yolun hərəkət hissəsindən kənara çıxıb.
Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir.