Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda siqaretlə ehtiyatsız davranma can aldı
Bakıda baş verən yanğının təfərrüatı məlum olub. Hadisəyə siqaret kötüyünün səbəb olduğu açıqlanıb.
Səhərə yaxın paytaxtın Nərimanov rayonunun Çernyayevski küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsindəki mənzillərdən birindən tüstü çıxmağa başlayıb. Qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.
Məlumata görə, mənzildə yataq xəstəsi olan yaşlı bir kişi və onun həyat yoldaşı yaşayırmış. Qadın səhər işə gedərkən bədbəxt hadisə baş verib. Yanğınsöndürənlər tərəfindən aşkar edilən kişi meyiti aidiyyəti üzrə təhvil verilib.
Yanğın nəticəsində ümumi sahəsi 36 kvadratmetr olan mənzilin bir otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından qorunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ətraflı "Xəzər Xəbər"in süjetində:

Bakı şəhərinin Nərimanov rayonunda 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.