Bakıda yol polisinin əməkdaşı qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, yol nəqliyyat hadisəsi Bakı şəhərin Mərdəkan qəsəbəsində baş verib (“Şağan svetoforu” kimi tanınan ərazidə).
Yol polisinin “10-YP-322” dövlət nömrə nişanlı “BMW” markalı xidməti avtomobili “Opel Vito” markalı minik avtomobili ilə toqquşub.
İlkin məlumata görə,qəza nəticəsində ölən olmasa da, hər iki avtomobilə ciddi ziyan dәyib.
Hadisə yerindən çəkilmiş fotoşəkili təqdim edirik.
Foto: Cəmil Arslanbekov
