Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakının “ən xəstə” rayonları bəlli oldu - SİYAHI
Bakıda ən çox xəstəlik paytaxtın Xətai rayonunun əhalisində müşahidə edilib.
Oxu.Az-ın məlumatına görə, Xətaidə 2017-ci ildə 68371 xəstəlik qeydə alınıb.
Binəqədi rayonu isə paytaxt əhalisinin daha çox xəstələnməsi kateqoriyasına görə ikinci yerdədir.
2017-ci ildə Binəqədi sakinləri arasında 67816 xəstəlik qeydə alınıb. Yasamalda 56588, Sabunçuda 49634, Nəsimidə isə 47080 xəstəlik müşahidə olunub.
Paytaxtın Pirallahı rayonunun əhalisi isə az xəstələnir. Bu rayonda 2017-ci ildə 4056 xəstəlik halı müşahidə edilib.
Bəzi infeksion və parazitar xəstəliklər kateqoriyasında isə Nəsimi rayonu öndədir. Belə ki, 2017-ci ildə Nəsimidə 12680 nəfər bəzi infeksion və parazitar xəstəliyə yoluxub.
Tənəffüs orqanlarının xəstəliklərinə görə isə Binəqədi yenə "liderdir". Eyni dövrdə Binəqədidə 31617 şəxs tənəffüs orqanı xəstəliyindən əziyyət çəkib.
Sabunçuda isə bu kateqoriya üzrə 18496 xəstəlik qeydə alınıb.
Bakıda ağciyər vərəminə yoluxma halı da daha çox Sabunçuda olub. 2017-ci ildə Sabunçuda 96 nəfərə ağciyər vərəmi diaqnozu qoyulub.
2017-ci ildə Xətaidə 74, Yasamalda 69, Xəzərdə 51, Qaradağda 50 nəfər vərəm yoluxub. 2017-ci ildə Pirallahıda cəmi 3 nəfərə vərəm diaqnozu qoyulub. Bununla da Pirallahı ən az vərəmlə xəstələnən rayonlar siyahısına düşüb.
Pirallahıda 2017-ci ildə sifilis, kəskin xroniki süzənək, viruslu hepatit və qoturluq qeydə alınmayıb.
Ən çox sifilis xəstəliyi isə Nəsimidə qeydə alınıb (60 nəfərdə). Sabunçuda isə bu rəqəm 52 olub.
Bakıda insanlar qoturluq isə ən çox Binəqədidə yayılıb. 2017-ci ildə Binəqədidə 11 nəfərdə qoturluq aşkarlanıb.
Xəzərdə dörd, Sabunçuda isə iki nəfərdə qoturluq qeydə alınıb. Bakının Qaradağ, Nizami, Suraxanı, Yasamal rayonlarında isə qoturluq müşahidə edilməyib.
Aqşin Kərimov
Rəylər