Qoqol və Nizami küçələrinin kəsişməsində yerin altı ilə keçən içməli su xəttində qəza baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Nəsimi Rayon Sukanal İdarəsinin qəza briqadası ərazidədir:
"Xəttin təmiri və bərpası istiqamətində işlər görülür".
Məhərrəm Əliyev
Bakının mərkəzində - Qoqol (28-38) və Nizami küçələrinin kəsişməsində yerin altı ilə keçən boru xətti partlayıb.
Oxu.Az-ın əldə etdiyi kadrlardan da aydın görünür ki, nəticədə su Fəvvarələr meydanına axmağa başlayıb.
Ərazidən görüntünü təqdim edirik:
Aqil Vəlili