Lev Tolstoy küçəsindəki yanğın tam söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilib.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş verən yanğın tam söndürülüb.
Lev Tolstoy küçəsində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.


Səbail rayonunda yerləşən ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarəti alıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, fevralın 17-də saat 11:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L.Tolstoy, 7 ünvanında yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı şəxs (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.







Əzizə İsmayılova
Yanğın üçotaqlı mənzildə baş verib.
Bu barədə Oxu.Az-ın hadisə yerində olan müxbiri Samir Əli məlumat verib.
Nəticədə ev sahibi olan qadın və kişi xəsarət alıblar. Xəsarət alanların bacı-qardaş olduğu müəyyən edilib.
Binadan üç əcnəbinin də xilas edildiyi bildirilir.
Səbail rayonunda yerləşən ikimərtəbəli yaşayış binasındakı yanğın digər mənzilə keçib.
Oxu.Az-ın hadisə yerində olan müxbiri Samir Əli xəbər verir ki, İslam Səfərli küçəsində birinci mənzildəki yanğın söndürülsə də, indi alov ona bitişik olan ikinci mənzilə keçib. Yanğının yenidən gücləndiyi bildirilir.
Məlumata görə, yanğın baş verən yaşayış binasına bitişik tikili yerli əhəmiyyətli memarlıq abidəsidir.
Səbail rayonu, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alanlar var.
Oxu.Az-ın hadisə yerində olan müxbiri Samir Əlinin verdiyi məlumata görə, iki nəfər (bir qadın, bir kişi) müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Səbail rayonu, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
@tv.oxu Bakının mərkəzində mənzildə yanğın başlayıb. Oxu. Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində mənzil yanır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. yanğın #oxuaz
♬ oxu.az - orijinal ses - oxu.az
Açıqlamada qeyd olunub ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, əlavə məlumat veriləcək.
Yanğınla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.



Məhərrəm Əliyev
Bakının mərkəzində mənzildə yanğın başlayıb.
Oxu.Az-ın hadisə yerində olan müxbiri Samir Əli xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində mənzil yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Samir Əli
Paytaxtın Nizami (Torqovı) küçəsində yanğın başlayıb.
Oxu.Az hadisə yerindən görüntüləri təqdim edir:
Daha çox foto burada: PhotoStock.az