Bakıda naməlum qadın meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 73 ünvanındakı binada 40-45 yaşlı qadının meyiti tapılıb.
Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Həmin qadının hansı şəraitdə və nə səbəbdən vəfat etməsi də məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az