Bakının mərkəzində yerləşən “Tərxun” restoranında yanğın baş verib.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Onlardan heç biri xəsarət almayıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Faktla bağlı araşdırma aparılır.