Sentyabrın 1-də saat 10:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb.
Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 300-524%-ni təşkil edib. Saat 20:35 və 21:50-də şəhərətrafı ərazilərdə intensiv leysanla bərabər xırdadənəli dolu müşahidə olunub.
Rayonlarda düşən yağıntının miqdarı Şahdağda 51 (aylıq normanın 151%-i), Qusarda 28 (83%), Qəbələdə 18, Xızı, Xaltan və Şabranda 14, Qrızda 13, Xınalıq və Ağstafada 10, Lerik və Oğuzda 8, Zaqatala, Qax, Şəki və Balakəndə 7, Qobustanda 5, Qubada 4, Lənkəran, Astara və Yardımlıda 3, Göyçay, İmişli, Sabirabad, Biləsuvar və Daşkəsəndə 2, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Şuşada 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə külək əsib. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Şirvanda 18 m/san, Culfada 17 m/san-yə çatıb.