Rusiyanın paytaxtı Moskvada maraqlı hadisə baş verib. Sərxoş şəxs təqaüdçünü tava ilə döyüb.
Bu barədə Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir.
Moskvada maraqlı hadisə: Sərxoş şəxs təqaüdçünü tava ilə döyüb - VİDEO
Məlumata görə, daha əvvəl məhkum olunmuş 33 yaşlı kişi mağazada yüksək səslə söyüş söyüb, 63 yaşlı müştəri isə ona etirazını bildirib. Bu zaman kişi vitrindən "silah" götürərək hücuma keçib, tava ilə təqaüdçünü döyməyə başlayıb. Həmçinin mağazadakı hadisəyə müdaxilə etmək istəyən digər şəxslərə də hücum edib.
Hadisəni törədən şəxs saxlanılıb, cinayət işi açılıb.
Qaynar xətt:
(055) 224 12 12