Yevlax və Bərdə rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksəktəzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərə qoşulması ilə əlaqədar sentyabrın 2-də saat 08:00-dan sentyabrın 4-də işlər başa çatanadək Yevlax rayonunun bir sıra kəndlərinin və Bərdə rayonunun Samux kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12