Xəbər verdiyimiz kimi, bu gün Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın baş verib.
Hadisə ilə bağlı klinikanın “Instagram” səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, “Baku Medical Plaza” klinikasının Babək filialının ikinci korpusunda avtoklav cihazında qızma nəticəsində tüstülənmə baş verib.
“Hadisə qısa vaxt ərzində lokallaşdırılıb. Havalandırma pərdəsi ilə tüstü mərtəbələrə daxil olduğundan xəstələr birinci korpusa müvəqqəti təxliyyə edilib. Hadisə nəticəsində insan həyatı üçün hər hansı təhlükə olmayıb” – deyə, bildirilib.
Посмотреть эту публикацию в Instagram
21:59
Bakının Xətai rayonu, Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın baş verib.
Verilən məlumata görə, əraziyə yanğınsöndürənlər və polis cəlb edilib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
"Bakı" teqi üzrə xəbərlər
- Canni İnfantino: "Bakıdakı yarış FIFA-nın son 120 ildə ən uğurlu layihəsidir"
- Bakıda ağır qəzada ölən gəncin fotoları
- Erməni rəqqas Arsen Aqamalyan Bakıya gəldi: "Qardaşım və bacım burada yaşayır" - Foto
- Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat
- Bakı və Bişkek arasında işgüzar əməkdaşlıq: Səfir yeni biznes forumun vaxtını açıqladı - Foto
Digər xəbərlər