Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirilib
Baş Prokurorluğun Mətbuat Xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsində cinayət təqibi ilə media subyektlərinin qarşılıqlı əlaqələri" mövzusunda treninq təşkil olunub.
Oxu.Az xəbər verir ki, tədbirdə televiziya kanallarının, informasiya agentlikləri və xəbər saytlarının, eləcə də müxtəlif qəzetlərin jurnalist və nümayəndələri, eləcə də hüquq fakültəsində təhsil alan tələbələr iştirak ediblər.
Treninq müxtəlif formatlarda - brifinq, dəyirmi masa və təqdimat şəklində təşkil olunaraq media və prokurorluq orqanları arasında qarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edib.
Təqsirsizlik prezumpsiyasının media materiallarında qorunmasının əhəmiyyəti, bu prinsipin pozulmasının hüquqi və sosial fəsadları, eləcə də ictimaiyyətin obyektiv məlumatlandırılmasının vacibliyi vurğulanıb.
Prokurorluq əməkdaşları və media nümayəndələri arasında effektiv informasiya mübadiləsinin hüquqi əsasları və etik çərçivəsi geniş şəkildə müzakirə olunub.
Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" adlı nəşrin təqdimatı keçirilib.
Kitab jurnalistlərin hüquqi mövzularda daha dəqiq və anlaşılan məlumat verməsinə kömək məqsədi daşıyır.
Sosial media və media savadlılığı mövzusunda keçirilən sessiyalarda rəsmi məlumatların hazırlanması, yayım standartları və ictimai maraq doğuran məsələlərin dəqiqliklə çatdırılması ilə bağlı praktiki tövsiyələr verilib.
Tədbirin sonunda iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.
Qeyd edilən treninq prokurorluq orqanlarında şəffaflığın və ictimaiyyətlə açıq ünsiyyətin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsi kimi təşkil olunub.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Yeniyetmə və gənclər arasında artan aqressiya - Övladlarımızı necə qoruyaq?
- Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
- Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR
- Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu
- Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib