"Neft-qaz sərgisi Azərbaycanın inkişafının göstəricisidir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə bildirib.
Əməkdar artist vurğulayıb ki, iqtisadiyyatımız inkişaf edir, dünya ölkələri bizimlə ayaqlaşır və hörmət edirlər:
"Sərgidə bu qədər ölkənin iştirakı qeyd etdiyim amilin sübutudur. Azərbaycanın iqtisadi addımları dövlətimizin maliyyə yükünün azaldılmasında mühüm rol oynayır.
Minifutbol üzrə dünya çempionatındakı qələbə də bu inkişafın göstəricisidir. Bu gün ölkəmizdə belə mötəbər tədbirlərin keçirilməsi, mənim kimi bir sənətçinin nəşr olunmuş 100-ə yaxın kitabını sərgidə təqdim etməsi o deməkdir ki, Azərbaycanda kitab nəşr olunur, oxunur və insanlar bu kitabları almaq imkanına malikdirlər. Zəif iqtisadiyyata malik bir ölkədə bu cür kitab bolluğu və marağı ola bilməz".
O, sözlərinə belə davam edib:
"Biz 44 günlük müharibədə qalib gəldik, bu millət böyük zəfər qazandı. Bu zəfərin davamını indi hər sahədə - futbolda, cüdoda, olimpiadalarda və enerji sektorunda qazanmalıyıq".
Məhərrəm Əliyev