Beyləqan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil yolu keçən qəsəbə sakini Rza Əliyevi vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.