Saat 21:00-a olan məlumata əsasən Quba, Qusar, Şəki, Xaltan, Şahdağ, Sabirabad, Göyçay, Zərdab, Cəfərxan, Qəbələ, Oğuz, Altıağac, Şabran, Daşkəsən, Bakıda şimşək çaxıb, arabir leysan yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20-25 m/s, Neftçalada 20 m/s-dək güclənib.
Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 20-23, aran rayonlarında 23-26, dağlıq rayonlarda 7-12 dərəcə isti qeydə alınıb.
17:46
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, İsmayıllı, Şəki, Xaltan, Ağdam, Şahdağ, Sabirabadda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18-22 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-24° isti, aran rayonlarında 26-29° isti, dağlıq rayonlarda 7-13° isti qeydə alınıb.
15:44
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 14:00-a olan məlumatına əsasən Yevlax, Mingəçevir, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən məlumata görə, külək Naftalanda 16 m/s, Bakıda isə 15 m/s-dək güclənib.
Bakıda və Abşeron yarımadasında 23-25, aran rayonlarında 25-29, dağlıq rayonlarda 10-15 dərəcə isti qeydə alınıb.
13:26
Bu gün Azərbaycanın bir çox rayonlarında yağışlar davam edib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qeyri sabit hava şəraiti sentyabrın 19-na kimi davam edəcək.
Xidmətin faktiki və gözlənilən hava şəraiti haqqında hazırladığı video məlumatı təqdim edirik: