Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bəzi xidmətlər alternativsiz olaraq “ASAN xidmət”də göstəriləcək
Dövlət başçısının fərmanı ilə bağlı müvafiq proseslər regionlarda da reallaşdırılacaq.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “ASAN xidmət”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
Onun sözlərinə görə, Bakı şəhərində bəzi xidmətlər alternativsiz olaraq “ASAN xidmət” mərkəzlərində göstəriləcək:
“Regionlarımızda isə vəziyyət bir qədər fərqlidir. Tutaq ki, Qubada “ASAN xidmət” mərkəzi olduğu üçün yalnız Quba sakinlərinə bu xidmətlər alternativsiz olacaq. Amma qonşu rayonun sakinlərinə yenə də digər dövlət qurumları xidmət göstərəcək”.
Elnur Niftəliyev qeyd edib ki, daha çox müraciət olunan dövlət xidmətləri ilə bağlı təhlillər aparılacaq:
“Ola bilsin ki, gələcəkdə pəncərələrin və əməkdaşların sayı artırılsın. Bu təhlillərin nəticəsi olaraq fərmanın icrasına qısa müddətdə başlanılacaq”.
İlhamə Əbülfət
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
- "ASAN xidmət" təcrübəsi Rumıniyada
- Azərbaycanda ilk dəfə keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi müəyyənləşib
- Ülvi Mehdiyev şikayətlərdən danışdı: "ASAN xidmət" rüşvəti necə əngəlləyir?
Rəylər