İyunun 12-si saat 18:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır.
Saat 17:01-17:03-də Gədəbəy rayonuna diametri 11 mm, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə, saat 17:32-17:44-də Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb.
İyunun 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 27, Şahdağda 20, Daşkəsəndə 14, Sarıbaşda (Qax) 13, Göygöl, Gədəbəydə 10, Oğuzda 8, Xaltanda 7, Gəncədə 6, Zərdab, Qəbələ, Tovuz, Ağstafada 5, Şamaxı, Naftalanda 4, Bərdədə 3, Goranboy, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Zaqatalada 2, Şəmkir, Balakən, Qobustan, Quba, Qusar, Xaçmaz, Xınalıq, Xızı, İsmayıllı, Tərtər, Mingəçevir, Sabirabadda 1 mm-dək qeydə alınıb.