Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bıçaqla qohumunu öldürən kişi həbs edildi - RƏSMİ
Mayın 2-də 1984-cü il təvəllüdlü Siyəzən şəhər sakini Hüseyn Hüseynova qaynı tərəfindən sağlamlığına ağır xəsarət yetirilməsi və onun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qaynı Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranman mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Toplanmış kifayət qədər sübutlar əsasında Əliyev Qabil Valeh oğluna Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.