Biləsuvar rayonunda azyaşlı qız çaya düşərək boğulub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzindən keçən Balharı çayında baş verib.
Yerli sakinlərin sözlərinə görə, fevralın 25-də günorta saatlarında 9 yaşlı qız həmin çaya düşüb.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Çayın suyu lilli olduğundan qızı tapmaq hələ ki, mümkün olmayıb.
Axtarışlar davam edir.
S.B.
www.oxu.az