Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Binəqədidə ağac kəsintisinə görə Baş Prokurorluğa müraciət hazırlanır
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib.
"Dövlət Ekoloji Təhlükəsizlik Xidməti" teqi üzrə xəbərlər
- Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar qanunsuz kəsilib
- Bakı, Sumqayıt və Ağcabədidə ağaclar qanunsuz kəsilib, təbiətə 173 min manata yaxın ziyan vurulub
- Qanunsuz yolla ağac kömürü istehsal edilən 43 quyu AŞKARLANDI
- Qanunsuz ağackəsmə cinayəti - Təbiətə 381 min manat məbləğində ziyan dəyib
- Ölkə ərazisində qanunsuz ov edən ərəblər SAXLANILDILAR