Yeni ilin gəlişinə az qalıb. Bu səbəbdən yeni il şənliklərinin simvolu sayılan yolkalara və bəzək əşyalarına tələbat artıb. Yolkanın qiymətləri də görünüşləri kimi müxtəlifdir - nə az, nə çox düz 800 manat. Qiymətin belə baha olmasına səbəb onun orijinal və üzərində bəzəklərlə satışa çıxarılmasıdır.
Bununla yanaşı, mağazalarda hündürlüyü 15 metr qiyməti isə 4-5 min arasında dəyişən yolkalar da var.
Yolka alarkən ən çox soruşulan suallardan biri keyfiyyət ilə bağlı olur. Bunu bilmək üçün sadə bir metoddan istifadə kifayət edir.
Yolka satışı ilə məşğul olan satıcı bildirib ki, saxta ilə orijinal yolka əsasən görünüşü ilə fərlənir.
“Bundan əlavə təmiz yaş parça ilə yolkanın budağını silməklə onu saxta və ya orijinal olduğunu öyrənmək olar. Belə ki, yolkanın rəngi parçaya çıxmasa, deməli bu original yolkadır ”, - o deyib.
Yolka bəzəklərinin qiymətləri isə 50 qəpikdən başlayır. 2017-ci ilin xoruz ili olması səbəbindən bu oyuncaqlara təlabat böyükdür. Belə oyuncaqların ən aşağı qiyməti üç manatdır.
Gördüyünüz kimi, qiymətlər və çeşidlər müxtəlifdir. Yolkaları necə bəzəyəcayiniz isə sizin istəyiniz zövqünüz və təbii ki cibinizdən asılıdır.
Oxu.Az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
S.B.
www.oxu.az