Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xocavənddə Birinci Qarabağ müharibəsinin daha altı şəhidi dəfn edildi
Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, 32 ildən sonra qalıqları tapılan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevin dəfn mərasimi keçirilib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidlərin nəşi Xocavənd rayonu Qaradağı kəndindəki Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidlərin doğmaları, Xocavənd Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevin cəsədlərinin qalıqları dəfn olmaq üçün Beyləqan rayonundan yola salınıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan vida mərasimində insan izdihamı yaşanıb.
Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduqları və uğrunda həlak olduqları Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.
"Birinci Qarabağ müharibəsi" teqi üzrə xəbərlər
- Deputat müharibə əlillərinin pensiyasının dayandırılması məsələsinin araşdırılmasını istəyib
- Şəhid atası: "Oğlumla fəxr edirəm"
- Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib
Rəylər