Bu gün Azərbaycanda Bilik günü qeyd olunur.
Oxu.Az xəbər verir ki, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bilik günündə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Sentyabrın 15-də Azərbaycanda 164 min nəfərdən çox uşaq birinci sinfə gedəcək.
Onların arasında məşhurların övladları, yaxın qohumları da var.
Aparıcı, aktrisa Aysel Nazimin oğlu Hakan Efe Can bu il birinci sinfə yollanıb. Aparıcı bu münasibətlə sevincli və həyəcanlı olduğunu bildirib.

Simasını geniş tamaşaçı auditoriyasına “Space” TV və Türkiyənin “TRT” kanalının Azərbaycan təmsilçiliyinin əməkdaşılarından biri kimi tanıdan teleaparıcı Arzu Umut da oğlunu ilk dərsə yollayıb.

Aparıcı İlkin Həsəni bu gün bacısı qızı Nigarı ilk dəfə məktəbə yola salıb.

Xalq artisti, tar ifaçısı Möhlət Müslümovun nəvəsi Tamerlan da məktəbli olub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin övladı da bu il birinci sinfə yollanıb.

Aparıcı, aktyor Rəşad Kəsəmənlinin ilk evliliyindən olan qızı Zəhra da məktəbli olub.

Aparıcı Turan İbrahimov və stilist həyat yoldaşı Nərminin övladı da bu gün ilk dəfə məktəbə yola düşüb.

İlk dərs günündə balacalara müvəffəqiyyət arzu edir, valideynlərinə gözaydınlığı veririk!
Aytən Sadıqzadə
www.oxu.az