Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bu il Azərbaycanda 16 mindən çox insanı heyvan dişləyib
Bu il yanvar-may ayları ərzində Azərbaycanda 16 280 nəfəri heyvan dişləyib.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, həmin müddətdə qeydə alınan heyvan dişləmələrindən 8 924-ü məlum, 7 356-sı isə naməlum heyvan tərəfindən olub:
"Ümumi rəqəmdən Bakının payına düşən say 3731 nəfər təşkil edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 88 hadisə az olub".
Mərkəz rəsmisi bildirib ki, bu il ölkə üzrə heç bir quduzluq hadisəsi qeydə alınmayıb: "Ötən il isə cəmi iki belə hadisə olub".
"Gigiyena və Epidemiologiya Mərkəzi" teqi üzrə xəbərlər
- Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 6 korpusdan ibarətdir
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- 18 nəfərin ölümünə səbəb olan spirtin istehsalına və idxalına nəzarət necə həyata keçirilir?
- 15 nəfərin ölümünə səbəb olan spirtin apteklərdə satılması məsələsinə RƏSMİ REAKSİYA
- Kosmetoloqlar əvvəl həkimlik iddiasında idilər, indi isə fironluq...