Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bu il bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq
Ali təhsil müəssisələrinə abituriyentlərlə yanaşı, orta ixtisas təhsili pilləsi üzrə "Subbakalavr" peşə-ixtisas dərəcəsi almış şəxslər də ixtisas seçimi edəcəklər.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, bu il universitetlərə müsabiqədənkənar qəbul olmaq üçün ümumilikdə 30500 elektron ərizə təsdiq edilib. Ekspertlərin fikrincə, bəzi ixtisaslar üzrə subbakalavrların demək olar ki, şansı yox səviyyəsindədir.
Eyni zamanda, bu ildən 15-ə yaxın universitetdə bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq. Bəzi universitetlərdə geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya kimi mühəndisliklə bağlı ixtisaslara qiyabi təhsilalma forması olmayacaq.
Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə, bu universitetdə Elm və Təhsil Nazirliyi tərəfindən iki ixtisas üzrə plan yeri ayrılmadığı üçün həmin ixtisaslara qiyabi formada qəbul aparılmayacaq.
Həmçinin universitetdə tədris olunan bəzi ixtisaslara tələbat olmadığından onların əvəzinə yeni ixtisaslar açılıb.
Ətraflı "Xəzər Xəbər"in süjetində:

"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb? - DİM-dən AÇIQLAMA
- DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
- Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayır
- Magistraturaya qəbul imtahanlarında ölkə birincisi MƏLUM OLDU
- Magistraturaya qəbulun nəticələri ELAN EDİLDİ