Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bu ilin ilk rübündə qeydə alınan doğum və ölüm halları AÇIQLANDI
Bu ilin yanvar-mart aylarında qeydə alınan doğum və ölüm halları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14 172 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6.2-dən 5.6-ya düşüb.
Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 119 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9.7-dən 8.8-ə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.5 faiz olub. Doğulan körpələrdən 736-sı əkiz, 42-si isə üçəm olub.
"Dövlət Statistika Komitəsi" teqi üzrə xəbərlər
- Azərbaycanda ortaaylıq əməkhaqqı artıb
- Nazir müavini: "Veteranlar əməkqabiliyyətlidirlər, biz onların məşğulluğunu təmin etməyə çalışırıq"
- Uşaq bağçalarında QORXUNC STATİSTİKA: 48 mindən çox xəstələnmə halı qeydə alınıb
- Kürü istehsalında rekord artım: Hədəf illik 40 tondur
- Tikinti bazarında son vəziyyət: Yerli məhsullar bahalaşıb