İran Xarici İşlər Nazirliyi (XİN) mayın 13-də ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında İslam Respublikası barədəki təxribat xarakterli və təhqiramiz adlandırdığı açıqlamalarını pisləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Qeyd olunub ki, bununla bağlı İran XİN bəyanat yayıb.
"ABŞ prezidentinin təhqiramiz ifadələri heç bir halda ölkə daxilində və xaricində iranlıların milli həmrəyliyini poza bilməz. Şübhə yoxdur ki, bu fikirlər İran və onun ərəb qonşuları arasında nifaq salmaq niyyəti ilə edilib", - deyə bəyanatda vurğulanıb.