Dənizkənarı Milli Parkda batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
2000-ci il təvəllüdlü Ümid Qarayev saat qülləsinin yaxınlığında ehtiyatsızlıqdan dənizə yıxılıb. Həmin vaxt orada olan, 1996-cı il təvəllüdlü Mahmud Bağırzadə onu xilas etmək üçün özünü dənizə atıb. Batmaq təhlükəsi ilə üzləşən hər iki şəxs xilas olunub.
A.M.